"Mançester Yunayted" 17 yaşlı futbolçu ilə müqavilə bağlayıb

24 May 2018 00:26 (UTC+04:00)

"Mançester Yunayted" yetirməsi olan 17 yaşlı futbolçunu əsas komandaya cəlb edib. Klubun saytında yer alan xəbərə görə, "mankunyanlar" Ceyms Qarner ilə peşəkar müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları barədə məlumat verilməyib.Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin kapitanı olan yarımmüdafiəçi 8 yaşından "Mançester Yunayted"dədir.