“Arsenal”ın hücumçusu “Hannover”də

23 May 2018 22:22 (UTC+04:00)

“Arsenal” hücumçusu Takuma Asanonu icarəyə verib. Qol.az-ın xəbərinə görə, son iki ili “Ştuttqart”da icarədə keçirən 23 yaşlı futbolçu mövsümün sonuna qədər “Hannover”də çıxış edəcək. Məlumatı Bundesliqa klubunun saytı yayıb.

Qeyd edək ki, Asano Yaponiya millisinin üzvüdür.