Rüstəm İbrahimbəyovun ermənilərin bədbəxtliklərində “vəhşi azərbaycanlıları” günahkar bilməsi filmi haqda VİDEO

23 May 2018 17:11 (UTC+04:00)

Çox vaxt Azərbaycan haqqında səriştəsizlik və ya yumşaqlıq kimi sözlərdən istifadə olunur. Bu yaxınlarda təsadüfən “Qafqaz trio”su (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, ssenari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) filmini seyr etdim. Filmin proloqunda uşaqlar qayadan çaya atılır. Onlardan biri – daha cəsarətlisi qorxaq dostunu ruhlandırır.

Daha sonra aydınlaşır ki, qorxaq uşaq – azərbaycanlı, filmin əsas qəhrəmanı qocaq uşaq – böyüyəndə oftalmoloq, yüksək peşəkar, həmçinin xeyirxah olan Bakı ermənisidir. Həkimlik sənətini Moskvada nümayiş etdirərək, eyni zamanda Bakıda atalığının ailəsində Azərbaycan soyad ilə istedadlı aktyor oğlu ilə yaşayır. Oğlu Moskvaya köçmək istəyir, lakin gələcək taleyini həll edən tamaşaya başı qarışır.

Xeyirxah həkim miras almaq üçün nədənsə bioloji oğlunun təcili surətdə həqiqi erməni soyadına keçməsini istəyir.

Və ən dəhtşətlisi də burada başlayır.

Qəddar azərbaycanlı kənd uşaqları bədbəxt aktyorun etnik köklərini öyrənəndən sonra onu quyuya ataraq daş-qalaq edirlər. Ekranda erməni ziyalısının türk vəhşilər tərəfindən zülmə məruz qalması öz əksini tapır.

Oğlunun itkin düşdüyü bilən ata qəhrəmancasına sərhədi keçərək həmin bədbəxt uşağa, Azərbaycanın neft ehtiyatlarını tükənməsini qabaqcadan xəbər verdiyi üçün işdən qovulan artıq yetkin kişiyə qonaq gedir.

Qəddar azərbaycanlılar dərhal xeyirxah erməni gizlənən evi mühasirəyə alır. Elə həmin an buraya TV-dən müxbir də gəlir və bakılılar tərəfindən linç edilən ermənini kadra alır.

Bədbəxt yaşlı həkim döyülür – bunu sərhəd xidmətinin məmuru hava limanına gedərkən edir. Məmur onu döyməkdən ləzzət alır, sanki bunu illərdir arzu edib.

Sonda isə əlavə etmək lazımdır ki, erməni kinematoqrafçılarının filmə heç bir aiddiyatı yoxdur.

Bu “dostluq” əsərinin rejissoru Eldar Şengeldir. O, gürcü kinosunun klassiki, 26 komissarları ilə bağlı filmində Bakıdan bəhs edən dahi Nikolay Şengelin oğludur.

Bu mövzu ilə bağlı Abxaziya haqqında heç bir ekran işi çəkməyən rejissorun özünü haqlı çıxarmaq üçün filmin ssenaristi, məşhur azərbaycanlı yazıçı, dramaturq Rüstəm İbarahimbəyova bəraət qazandırır.

Əsrin dörddə birini işğal olunmuş ərazilərin qaytarılması arzusu ilə yaşayan xalqın, əlləri, qolları kəsilmiş qan içində olan azərbaycanlı körpələrin fotolarını görməzdən gələn yazıçı İbrahimbəyovu bu gün yalnız bir problem narahat edir – erməninin Bakıda olmasının rahatlığı və təhlükəsizliyi.

Filmi seyr edərkən İbrahimnbəyovda azərbaycanlılara qarşı bir damla da sevgisi hiss olunmur.

Hətta filmdə bir-birinə yaxın insanların münasibəti elementar əxlaqi və insani hislərdən məhrumdur. Filmə gənc aktyor illərdir ona atalıq edən kişidən bir anda üz döndərməsindən vicdan əzabı çəkmir, öz oğlu hesab etdiyi atalıq isə - bir anda oğlunun başqa kişiyə ata deməsini narahat etmir. Həmçinin o, buna şad olur: “Nəhayət ki, oğlum müdafiə olunacaq”.

Həqiqətdə isə həmin filmin müəllifi vasitəsilə bizə – nazirindən tutumuş aeroportdakı qeydiyyatçısına qədər alçaqlar kimi təqdim edən Azərbaycanda – heç kəs müdafiə oluna bilməz.

Bu filmdə yalnız bir adam yaxşı təqdim edilib. Moskvada erməni qoca qəhrəmanımızdan soruşur: Tamaşa neçə adlanır? – İbrahimbəyovun “İlmə” əsəri. – İbrahimbəyov? Bu ki, azərbaycanlıdır. – Bəli, bax belə insandır (baş barmağının yüksək tutaraq).

Filmdə Moskva – bütün problemlərin həll olunduğu və hər kəsin xoşbəxtlik tapdığı məkandır. Ən sonda bu fikir daha dəqiq təqdim olunur: Bakıda bədbəxt azərbaycanlının ofisi darmadağın edilir (qəddarlar sevimli oyuncağı da sındırır), Moskvada isə getməyə cəsarəti olanları uğur gözləyir: publika yüksək alqış sədaları ilə pyesi alqışlayır. Mətnaltı məna aydındır: Bakıda bağlanmış ofis, Moskvadakı alqışlar – bütün bunlar müəllifin həyatındandır, onun sovet imperiyasının süqutundan təəsüfləndiyini göstərir.

Gürcü rejissorları buna nə vadar etdi?

Hansı şüurlatı guşələrdən çıxış edərək azərbaycanlıları qəddar və alçaq kimi təsvir etmək arzusu yarandı? (Gürcüstanın hazırki prezidenti də Xocalı soyqırımı qurbanlarını yad etməkdən imtina edib) .

Rejissor tez-bazar hazırlanmış işi ilə Azərbaycan dilinə uyğun olmayan səsləndirmələrlə (rəsmi məmurun dilindən “növbətçi” sözü əvəzinə, “dejurnA” işlətməsi) aydındır ki, qarşısına heç bir incəsənət məqsədi qoymayıb. Bakılı millətçiləri iyrənc sifətləri ilə gürcülər oynayır. Filmdə azərbaycanlılardan yalnız ssenari müəllifinin yaxın qohumları oynamağa razılıq verib.

Filmdə personajlardan biri “ermənilər bizim bir nömrəli düşmənimizdir”, deyir. Burada müəllif Qarabağ münaqişəsinin əsas səbəbini nədə gördüyü aydın göstərir.

Səbəb Azərbaycanın işğal olunmuş əraziləri deyil, bu barədə filmdə bir söz belə deyilmir. İbrahimbəyovun fikrincə bunun əsas səbəbi – azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifətidir.

Film vasitəsilə (ilk dəfə olmasa da) – özünü Böyük Ağ Çar qarşısında öz vəhşi həmvətənliləri fonunda humanist və cəsarətli göstərməsidir. İllər əvvəl müəllif bu “vəhşilərə” rəhbərlik etmək üçün prezidentliyə namizədliyini irəli sürmüşdü.

Bu cür rəssamlar – sovet imperiyasının tipik törəmələridir. Onlar arzulaqları minnətdarlıq və şəfqəti isə həmişə iyrənc qatışla alırlar.

İndiyə qədər Bakıda fəaliyyət göstərən və bu müəllifin rəhbərlik etdiyi bu təşkilat üzvləri görəsən hansı hisləri yaşayır?

Ayaz Salayev

Kinorejissor