"Neftçi" Soni Mustivarla müqaviləni uzadacaq

23 May 2018 12:17 (UTC+04:00)

"Neftçi"nin mövsümün son akkordlarında heyətinə qatdığı Soni Mustivar özünü yaxşı tərəfdən göstərə bilib. SİA-nın məlumatına görə, müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə sözləşmə uzadılacaq. Paytaxt klubu haitili futbolçunun çıxışından razı olduğu üçün bu addımı atıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu "ağ-qaralar"da 8 oyun keçirib.