Həndbolçularımız “Challenge Trophy”də mübarizə aparacaqlar

23 May 2018 12:01 (UTC+04:00)

Mayın 29-dan iyunun 3-dək Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü həndbolçu qızlar arasında “Challenge Trophy” yarışı keçiriləcək. SİA-nın məlumatına görə, Avropa ölkələri arasında keçirilən çempionatda 8 dövlətdən həndbolçular iki qrupda yarışacaqlar.

Azərbaycan təmsilçiləri Böyük Britaniya, Bosniya və Herseqovina və Lüksemburq milli komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Estoniya, Moldova, Belçika və Kipr yığmaları isə “A” qrupunda yer alıblar.

Qrup oyunları mayın 29-dan 31-dək keçiriləcək. İyunun 2-də yarımfinal, bir gün sonra isə final matçları oynanılacaq.

Xatırladaq ki, 2002-ci ildə Bakıda qadınlar arasında keçirilən həmin yarışda Azərbaycan həndbolçuları qızıl medallara sahib olublar.