"Deportivo" baş məşqçisi ilə yollarını ayırıb

23 May 2018 11:24 (UTC+04:00)

İspaniyanın "Deportivo" klubu baş məşqçisi Klarens Zeedorfla yolları ayırıb. SİA-nın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. 41 yaşlı mütəxəssis uğursuz çıxışa görə göndərilib. "Deportivo" La Liqada yerini qoruya bilməyib və Sequndaya düşüb.

Qeyd edək ki, Zeedorf "Deportivo"ya fevral ayında gəlmişdi.