“Çempion” sənədli filminin təqdimatı olacaq

23 May 2018 11:05 (UTC+04:00)

Mayın 24-də Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq. Mərkəzdən SİA-ya bildirilib ki, dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunub.

Filmin rejissoru Zamin Məmmədov, operatoru Tariverdi Tariverdiyev, musiqi tərtibatçısı İsmayıl Dadaşov, icraçı prodüseri İlqar Musayev, prodüseri Müşfiq Hətəmovdur.