Türkiyənin Ermənistanla sərhədində 6 PKK-çı öldürülüb

23 May 2018 02:35 (UTC+04:00)

Türkiyənin Qars vilayətinin Ermənistanla sərhəddə yerləşən Kağızman mahalının Çemçe-Madur bölgəsində jandarm qüvvələrinin aviaəməliyyatları nəticəsində 6 PKK-çı zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, Milli İstehbarat Təşkilatının (MİT) əvvəlcədən ötürdüyü məlumata görə, ərazidə 8 PKK-çı olub. Əməliyyatların davam etdirildiyi bildirilib.