"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi fikirlərini bildirib. "Sky Sports" bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, o, Kriştiano Ronalda və rəqib oyunçu Məhəmməd Salahla bağlı danışarkən bildirib: "Mən Ronaldonu Salahla dəyişə bilərəm? Xeyr. Bizdə Kriştiano var və ancaq öz oyunçularım haqqında danışıram. Rəqiblərimiz haqda danışa bilmərəm. Bilmirəm, onlar nə düşünürlər. Onu deyə bilərəm ki, biz həmişə udmaq arzusundayıq".
Qeyd edək ki, "Real" - "Liverpul" görüşü mayın 26-ı keçiriləcək.