Bakıda dünya çempionatında 4 serbiyalı cüdoçu iştirak edəcək

22 May 2018 17:54 (UTC+04:00)

Serbiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, Bakı mundialında 4 serbiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aleksandr Kukolj və Nemanya Majdova (hər ikisi 90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Milisa Nikoliç (48 kq) və Yovana Roqiç (57 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.