Aleksandr Vuçiç Nikola Teslanın abidəsini ziyarət edib

22 May 2018 13:10 (UTC+04:00)

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Bakıda serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsini ziyarət edib. SİA xəbər verir ki, dövlət başçısı Aleksandr Vuçiç Nikola Teslanın abidəsinin önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, açılışı 2013-cü ildə olmuş abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir.

Bakının mərkəzində yerləşən bu abidə Serbiya-Azərbaycan dostluğuna, əməkdaşlığına ucaldılan bir abidə hesab olunur. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb.