Türkiyə ordusu PKK-nın mövqelərini bombalayır

22 May 2018 09:53 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında terrorçu Kürd İşçi Partiyasının (PKK) mövqelərini bombalayır. Bu barədə SİA Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

PKK-ya qarşı hava əməliyyatları Hakurk rayonunda aparılır.

Əməliyyatlar çərçivəsində indiyədək terrorçuların 4 dayaq məntəqəsi darmadağın edilib.