"MHP-ni kürd düşməni kimi göstərmək şərəfsizlikdir"

22 May 2018 02:02 (UTC+04:00)

MHP-ni kürd düşməni kimi göstərmək, kürd mənşəli qardaşlarımı bizə qarşı qızışdırmaq şərəfsizlikdir. Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı Tvitter hesabında bildirib.

"Sadəcə insan olmaq yetməz, insaf və iradə də lazımdır. Bunlar bəs etməz, namus, izzət, ehtiram və qayğı lazımdır. Bunlar Türkiyəni dağıtmağa çalışanların ərzaq və sursat gözətçiləridir", - Baxçalı söyləyib.