"Sumqayıt" Vurğun Hüseynovla müqaviləni uzadıb

22 May 2018 01:19 (UTC+04:00)

"Sumqayıt" kapitanı Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan xəbərə görə, 30 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, 5 mövsümdür klubun şərəfini qoruyan V. Hüseynov 2017/2018 mövsümündə 20 oyuna çıxıb və 1 qol vurub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 131 qarşılaşmada meydana çıxıb.