"Antalyaspor" Hamza Hamzaoğlu ilə yollarını ayırıb

22 May 2018 00:19 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb. "Antalyaspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis qış fasiləsindən Antalya təmsilçisini çalışdırırdı. Komanda 38 xalla mövsümü 14-cü pillədə başa vurub.