Yaponiya ilk dəfə ABŞ-dan mayeləşdirilmiş şist qazı alıb

21 May 2018 20:04 (UTC+04:00)

Yaponiyada təbii qaz tədarükçüsü olan “Tokio Gas” şirkəti uzunmüddətli satış müqaviləsi çərçivəsində ABŞ-dan mayeləşdirilmiş şist qazı idxal edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, ABŞ-ın Maryland əyalətindəki “Cove Point LNG” layihəsi çərçivəsində göndərilən LNG tankeri Yokohama şəhərindəki “Tokio Gas Negishi LNG” bazasına çatıb. Bununla da Yaponiya ilk dəfə olaraq ABŞ-dan şist qazı idxal edib. Şirkət 70 min ton LNG alıb və bu, təxminən 220 min ev təsərrüfatının illik qaz istehlakına bərabərdir. “Cove Point LNG” layihəsi üzrə kommersiya əməliyyatlarına aprelin 9-da başlanılıb.