"İranı Suriyadan çıxmağa heç kim məcbur edə bilməz”

21 May 2018 16:12 (UTC+04:00)

“İranı Suriyadan çıxmağa heç kim məcbur edə bilməz”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi bəyan edib.

Kasimi, hər şeyin Suriya hakimiyyətindən asılı olduğunu bildirib: “Nə qədər ki, Suriya hökuməti bunu istəyir İran bu ölkədə qalacaq. Kim ki, Suriya hakimiyyətinin icazəsi olmadan ora daxil olub, onlar ölkəni tərk etməlidir”.