Şəkidə 23 yaşlı qız yoxa çıxıb

21 May 2018 14:55 (UTC+04:00)

Şəkidə 23 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəki rayon sakini ,1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də evdən çıxıb və indiyənədək geri qayıtmayıb.

İtkin düşən şəxsin boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.