"Mançester Yunayted"in transferləri üçün 250 milyon funt ayrılacaq

21 May 2018 15:02 (UTC+04:00)

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun istəyi əsasında yay transferləri üçün 250 milyon funt ayrılacaq. SİA-nın məlumatına görə, baş məşqçi növbəti mövsüm titul mübarizəsi aparmaq üçün minimum 5 yeni futbolçu istəyir. Portuqal mütəxəsisin transfer siyahısında Tobi Alderveyreld ("Tottenhem"), Fred ("Şaxtyor"), Jorjinyo ("Napoli") və Serinin ("Nays") adı var. "Yuventus"un müdafiəçisi Aleks Sandro da yaxın vaxtlarda "qırmızı şeytanlar"la alaşa bilər.