Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

21 May 2018 14:32 (UTC+04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub və məzunlarla xatirə şəkli çəkdirilib.