Natavan Həbibi ilə Dado yenidən barışdı? FOTO

21 May 2018 13:03 (UTC+04:00)

Bir müddət öncə ayrıldıqlarını deyən müğənni Natavan Həbibi və reper həyat yoldaşı Səid Əliyev (Dado) yenidən gündəmi zəbt edəcək addım atıblar. SİA-nın məlumatına görə, Dado Natavanla birgə çəkilmiş şəklini "Ad günün mübarək, həyatım" qeydi ilə "İnstagram" səhifəsində paylaşım edib.

Bu paylaşım cütlüyün yenidən barışdığı haqda xəbərlərin yayılmasına səbəb olub.

Qeyd edək ki, Həbibi və Əliyev ötən ilin iyulunda ailə qurub. Natavan ötən ilin dekabrında Səiddən ayrıldığını bildirmşdi. Yeni il ərəfəsində isə cütlük yenidən barışdığını söyləsə də, müğənni fevralda "Zaurla Günaydın" verilişində artıq ayrı evlərdə yaşadıqlarını etiraf etmişdi.