137 sərnişinli təyyarədə yanğın

21 May 2018 09:32 (UTC+04:00)

Tokianın Narita beynəlxalq hava limanında Yaponiya aviaşirkətinə məxsus Boeing 767 təyyarəsində yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarədə 137 sərnişin olub.

Sərnişinlər Honkonqa gedən təyyarənin tüstü dolu salonundan təcili şəkildə evakuasiya edilib. 3 nəfər zəhərlənib.

İlkin məlumatlara görə, alovlanma təyyarənin quyruq hissəsində yerləşən yardımçı elektrik mühərrikində baş verib.