Ermənistan Rusiyadan zenit-raket kompleksləri alacaq

20 May 2018 17:18 (UTC+04:00)

Ermənistan Rusiyadan "Tor M2" zenit-raket kompleksləri alacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aşağı radiuslu "Tor M2"lərin alışı yaxın bir neçə ay ərzində baş tutacaq.

Zenit-raket kompleksinin Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci 100 milyon dollarlıq güzəştli kredit çərçivəsində həyata keçiriləcək.