Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir. SİA-nın verdiyi məlumata görə, prezidentlik uğrunda hazırkı ölkə başçısı Nikolas Maduro daxil olmaqla 6 namizəd mübarizə aparır.
Hazırkı prezident Nikolas Maduronun əsas rəqibi "Mütərəqqi avanqard" partiyasından namizəd Enri Falkon sayılır. Venesuela parlamentini idarə edən böyük müxalifət partiyaları seçkilərdə iştirak etmir.