Almaniya Azərbaycandan keçməklə Çinə və Yaxın Şərqə yükdaşımaları həyata keçirəcək

19 May 2018 22:19 (UTC+04:00)

Almaniya Azərbaycandan keçməklə Çinə və Yaxın Şərqə yükdaşımaları həyata keçirəcək.

AZƏRTAC “Gürcüstan Dəmir Yollar” Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, Çinin Şanxay şəhərində keçirilən “Nəqliyyat, Logistika 2018” adlı sərgidə “Gürcüstan Dəmir Yollar” SC və “Almaniya Dəmir Yolları” Almaniyadan Yaxın Şərqə və Çinə yükdaşımaları üzrə multimodal layihənin təqdimatını keçiriblər.

Layihəyə əsasən yüklər Almaniyanın Duisburq şəhərindən yola çıxacaq və Rumıniyadan Qara Dəniz vasitəsilə Gürcüstana gətiriləcək. Daha sonra isə yüklər Azərbaycandan keçməklə Yaxın Şərqə və Çinə daşınacaq.