Səudiyyə Ərəbistanı 7 cəsusu həbs edib

20 May 2018 00:08 (UTC+04:00)

Səudiyyə Ərəbistanında 7 nəfər həbs edilib. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Yaxalanan şəxslər casusluqda ittiham edilir. Ələ keçirilən şəxslərin dövlət idarələrindəki vacib vəzifədə çalışan şəxsləri təsir dairəsinə saldıqları bildirilib.

Ər-Riyad bu casusların hansı təşkilat və dövlətlə çalışmasını açıqlamayıb.