“Zirə” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

19 May 2018 21:04 (UTC+04:00)

Topaz Premyer Liqada mövsümün sonuncu – 28-ci turunda “Sumqayıt”ın qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq. Klubun mətbuat xidmətinin məlumatında deyilir ki, müdafiəçilər Aleksandr Şemonayev və Yovan Krneta zədəli, yarımmüdafiəçi Milan Duriç və müdafiəçi Jozef Bum isə cəzalı durumda olduğundan bu vacib qarşılaşmanı buraxacaq. Qeyd edək ki, “Sumqayıt” – “Zirə” oyunu mayın 20-də keçiriləcək.