Kişilərdə 30-35 yaşdan sonra qarın problemi

21 May 2018 04:14 (UTC+04:00)

Həqiqətənmi 30-35 yaşdan sonra kişilərdə qarının çıxması genetikadan irəli gəlir? 30+ yaşda əzələləri möhkəmləndirmək və gözəl bədən quruluşuna nail olmaq mümkündürmü?

Əzələləri 35 yaşdan sonra necə möhkəmləndirmək olar?

Adətən, hesab edilir ki, yalnız nisbətən gənc yaşda bədən quruluşunu dəyişmək və əzələ kütləsini yığmaq mümkündür. Əksər kişilər inanırlar ki, 30 yaşa çatdıqdan sonra maddələr mübadiləsinin sürəti azalır, qarının böyüməsi və piy səviyyəsinin ümümi artımının səbəbi məhz bundan irəli gəlir. Lakin bodibildenqlə 35 yaşdan sonra da məşğul olmaq mümkündür. Tədqiqatlar göstərir ki, 35 və 25 yaşda maddələr mübadiləsi və hormonal fonun fərqi 5%-dən çox təşkil etmir. Başqa sözlərlə, gözəl bədən qurmaq, əzələ kütləsini yığmaq və relyefli presə nail olmaq istənilən yaşda mümkündür.

Maddələr mübadiləsinə təsir göstərən amillər

Baxmayaraq ki, 30-35 yaşdan orta hesabla kişi ildə 1-2% sürətlə əzələ kütləsini itirməyə başlayır, bu heçdə DNT-də mövcud olan proqramın deyil, həyat tərzinin nəticəsidir. Maddələr mübadiləsi və hormon səviyyəsinə, əsasən, xarici amillər mənfi təsir edir. Yaş amili maddələr mübadiləsinə birbaşa təsir göstərmir, çünki maddələr mübadiləsinin sürəti üç amil üzərində qurulur: insanın genetikası və anadan gəlmə hormon ifrazının səviyyəsi, qalxanvarı vəzin işi və mövcud olan əzələ kütləsi.

Testosteron səviyyəsinin yaşla bağlı azalması

Ən vacib kişi hormonu olan testosteronun səviyyəsinin həqiqətən yaşlandıqca azalmasına baxmayaraq, azalma çoxlarının hesab etdiyi kimi də mühüm deyil. 30-35 yaşda testosteronun ifrazı yetkinlik dövrünün sonunda müşahidə edilən pik göstəricilərdən təxminən 3-7% azalır. Əzələ və libido üçün vacib olan bu hormonun mühüm dərəcədə azalması yalnız qırx yaşdan sonra başlayır. Hər beş ildə təxminən 10% azalır. Əlli yaşa yaxın əksər kişilərdə testosteron səviyyəsi iyirmi beş yaşda mövcud olan səviyyənin 60%-indən çox təşkil etmir.

Nəyə görə 30 yaşdan sonra qarın böyüyür?

Bədənin dəyişməsinin (köklmə və qocalma) başlıca olaraq həyat tərzi, zərərli vərdişlər və yanlış qidalanma ilə əlaqədardır. Əksər kişilər otuz yaşa yaxın daha çox yeməyə və daha az hərəkət etməyə başlayırlar. Həmçinin streslə mübarizəni alkoqol və siqaretlər vasitəsi ilə aparırlar. Normal qidalanma və yuxuya xroniki vaxt çatışmazlığı həmçinin özünü biruzə verir. Çörək, sosislər və digər fastfud orqanizmi piyləri qarında yığmağa məcbur edir, yuxusuz gecələr isə kortizol hormonunun səviyyəsini artırır və səhər idman zalına getmək həvəsini öldürür.

Ən böyük səhv

Müəyyən məqamda bir çox kişilər anlayır ki, nəsə düz getmir – bədən şişir, qarın aşağı əyilməyə mane olur, pilləkənlə ikinci mərtəbəyə qalxmaq isə taxikardiyaya səbəb olur. Və nəyin bahasına olursa nəticə əldə etmək qərarı alınır. Bu qərar kalori miqdarını məhdudlaşdırmaqla ağılsız pəhrizlər, qaçış, güc hərəkətlərini birləşdirən yorucu çoxsaatlı məşqlərlə müşahidə edilir. Bununla belə iradə nə qədər güclü olursa, bunun bir o qədər çox zərəri olur – bədən əzələlərdən azad olur, maddələr mübadiləsi isə pozulur.

30-35 yaşdan sonra idmançı bədni:

qaydalar 1. Qidalanma müvəffəqiyyətə aparan əsas yoldur. Gündəlik rasion yalnız orqanizmdə (bədənin nə qədər asanlıqla əzələ kütləsinin yığmasını və piylərin yandırmasını təyin etməklə) testosteronun səviyyəsinə deyil, həmçinin səhhətin ümumi vəziyyətinə təsir edir. 30 yaşdan sonra idman ilk növbədə qida vərdişlərinin dəyişməsindən başlayır. 2. Məşqlərin orta ritmlə davam etməsi. Müntəzəm surətdə məşq etmək lazımdır, lakin hərəkətin texniki baxımdan düzgün yerinə yetirilməsi və əzələlərin işinə diqqət yetirməklə ehtiyatlı olmaq lazımdır. Həddindən artıq yük xroniki ağrılara səbəb ola bilər. 3. Streslə düzgün mübarizə. Xroniki stres və kortizol hormonunun yüksək səviyyəsi orqanizmi çox yorur, maddələr mübadiləsinin pozulmasına və qarında piyin yığılmasına səbəb olur. Streslə düzgün mübarizə aparmağı öyrənin – axşamlar siqaret və viski əvəzinə üzməyə başlayın və ya meditasiya ilə məşğul olun. 4. Qısa üsulları axtarmayın. Testosteron səviyyəsini tez artıran və ya qarında “kubiklərin” əmələ gəlməsi üçün piyləri yandıran möcüzəvi əlavə maddələr barədə unudun. Uzunmüddətli və sabit nəticəyə bir ovuc həb qəbul etməklə deyil, yalnız həyatın kompleks şəklində dəyişməsi ilə mümkündür.