Stadionda partlayış olub ölü və yaralılar var

19 May 2018 13:44 (UTC+04:00)

Əfqanıstanın Cəlalabad şəhərində baş verən ard-arda üç partlayış nəticəsində 8 nəfər həlak olub, 45 nəfər yaralanıb. SİA-nın verdiyi məlumata görə, Əfqanıstanın şimal-şərqindəki Nanqaxar vilayətinin qubernatorunun nümayəndəsi Attaullah Xoqyanin bildirib ki, partlayışlar şəhər stadionlarından birində kriket oyunu zamanı baş verib. Ölənlər arasında Laqman vilayətinin Mehtarlam şəhərinin merinin müavini də olub.

Hücuma görə məsuliyyəti “Taliban” terror təşkilatı üzərinə götürüb.