Yük maşını aşdı 19 nəfər öldü

19 May 2018 14:31 (UTC+04:00)

Hindistanda sementlə yüklənmiş yük maşınının aşması nəticəsində 19 nəfər həlak olub, 7 nəfər yaralanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər yüklə birgə getdikləri üçün aldıqları xəsarət ağır olub. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Polis hadisənin baş vermə səsəblərini araşdırır.