Əlikramın xanımı efirə gəldi FOTO

19 May 2018 14:00 (UTC+04:00)

Müğənni Əlikram Bayramov "Zaurla Günaydın" verilişinin qonağı olub. SİA-nın məlumatına görə, sənətçi proqrama həyat yoldaşı və nəvələri ilə gəlib. O, xanımı ilə ailə qurmasından söz açıb: "O vaxt müğənniyə qız vermirdilər. Deyirdilər, gündə birini görür, boşanar. Anamı elçi göndərdim, vermədilər. Mən də 17 yaşında onu qaçırtdım".