A Seriyasına yüksələn ikinci komanda müəyyənləşib

19 May 2018 10:55 (UTC+04:00)

İtaliya A Seriyasına yüksələn ikinci komanda müəyyənləşib. SİA-nın məlumatına görə, B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarını 72-ə çatdırıb və elitaya yüksəlib.

"Parma" 2015-ci ildə maliyyə çətinliikləri səbəbindən D Seriyasına göndərilmişdi.

Qeyd edək ki, “Parma”dan əvvəl “Empoli” də A Seriyasına yüksəlib.