Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək

18 May 2018 17:34 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək. SİA-nın məlumatına görə, Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə may ayının 18-dən 23-dək Sankt Peterburq keçiriləcək. Laboratoriya günləri çərçivəsində həmçinin teatr rejissorlarının konfransı keçiriləcək. Bu il təşkil edilən rejissor laboratoriyasına Orenburq vilayəti Dövlət Dram Teatrının bədii rəhbəri , Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Rifkat İsrafilov rəhbərlik edəcək.