"Azərbaycanda kriptovalyuta əməliyyatlarını nizamlayacaq qanunun yaradılması zəruridir"

17 May 2018 23:01 (UTC+04:00)

Azərbaycanda kriptovalyuta əməliyyatlarını nizamlayacaq qanunun yaradılması zəruridir. Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

İ.Alışovun sözlərinə görə, kriptovalyutaların istifadəsi ölkənin təhlükəsizliyi üçün müəyyən risklər daşıyır, qanunun yaradılması bu risklərdən uzaq olmağa imkan verəcək:

“Kriptovalyuta əməliyyatları ilə bağlı hüquqi çərçivələrin yaradılması zəruri addımdır. Palatamız və digər müvafiq strukturlar bu istiqamətdə işə başlayıb. Bu addım bizə həm fiziki şəxslər arasında, həm də dövlət-özəl sektor tərəfdaşlığı sahəsində kriptovalyuta əməliyyatları ilə bağlı risklərdən uzaq olmağa imkan verəcək”.