Skripal ifadə verib

17 May 2018 20:39 (UTC+04:00)

Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal Britaniyada istintaqa ifadə verib. APA-nın verdiyi xəbərə görə, martın 4-də qızı Yuliya ilə birlikdə Böyük Britaniyanın Slosberi şəhərində zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal bu cinayət işini araşdıran müstənqiqlər tərəfindən dindirilib. Onun xarici səfərləri ilə bağlı bütün detallar araşdırılır.

Məlumatda bildirilir ki, S. Skripalın vəziyyəti yaxşılığa doğru gedir və xəstəxanada müalicəsi davam etdirilir.