Qrizmann finalın ən yaxşı futbolçusu seçilib

17 May 2018 21:17 (UTC+04:00)

Avropa Liqasında finalın ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, "Atletiko"nun hücumçusu Antuan Qrizmann ən yaxşı oyunçu seçilib. O, səslərin 90 faizini toplayıb.

Qeyd edək ki, A.Qrizmann finalda "Marsel"lə matçda (3:0) dubla imza atıb.