Fransız klubu Klaudio Ranyeri ilə yolları ayırıb

17 May 2018 20:16 (UTC+04:00)

"Nant" baş məşqçisi Klaudio Ranyeri ilə yolları ayırıb. Klubun saytında yer alan xəbərə görə, 66 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Qeyd edək ki, "Nant" 37 turdan sonra 49 xalla turnir cədvəlinin 10-cü pilləsində qərarlaşıb. Qeyd edək ki, K.Ranyeri 2017-ci ilin yayında Fransa təmsilçisini çalışdırırdı. Onun klubla müqaviləsi 2019-cu ilin iyununda başa çatırdı.