Çavuşoğlu: "Fələstin dövlətinin tanınması üçün əlimizdən gələni edəcəyik"

17 May 2018 17:49 (UTC+04:00)

Müstəqil Fələstin dövlətinin tanınması üçün əlimizdən gələni edəcəyik. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Fələstin dövlətinin tanınması və BMT-yə üzv olması üçün gecə-gündüz çalışıcağıq. Bu baş tutana qədər dayanmayacağıq, yorulmayacağıq"-deyə, o bildirib.