Rusiya 100 ilin ən yaxşı oyuncağını seçir

17 May 2018 15:16 (UTC+04:00)

“Soyuzmultfilm” kinostudiyası 100 ilin ən yaxşı oyuncağını seçmək üçün sosial şəbəkədə səsvermə başladıb. 1918-ci ildə sənətkar və kolleksiyaçı Nikolay Bartramın təşəbbüsü ilə Rusiyanın paytaxtı Moskvada birinci oyuncaq Muzeyi açılıb. Məhz müsabiqə də sözügedən muzeyin yaradılmasının 100 illiyinə həsr edilib.

Qeyd edək ki, hər kəs sayta girərək istədiyi oyuncağa səs verə və ya öz seçimini təklif edə bilər. Səsvermə payızın əvvəlinə kimi davam edəcək və sentyabr ayının 15-i qaliblər elan olunacaq.

Xatırladaq ki, konkursda 7 muzey, 15 şirkət və 5 müəssisə iştirak edir.