“Jizel” baletinin tamaşası keçiriləcək

17 May 2018 15:01 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletinin tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. Qeyd edək ki, qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edəcəkdir.