Yeganə gözəllik salonu açdı? AÇIQLAMA-FOTO

17 May 2018 13:01 (UTC+04:00)

Deyilənlərə görə, müğənni Yeganə Mürsəlova da digər həmkarları kimi biznesə qoşulub. İfaçı gözəllik salonu açıb. Bu haqda ifaçı Şəbnəm Əsədova xəbər verib. Belə ki, o, Yeganə ilə fotosunu "İnstagram" səhifəsində şəklini paylaşaraq, bu sözləri yazıb: "Bacım Yeganə ilə xanımlarımız üçün açdığı gözəllik salonunun açılışındayıq. Xeyirli olsun".

Məsələ bağlı olaraq Y.Mürsəlova SİA-ya açıqlama verib. O, bildirib ki, sözügedən gözəllik salonu onun deyil: "Deyilənlərə görə yeni gözəllik salonu açmışam. Amma xəbər doğru deyil. Çünki həmin salon ən yaxın rəfiqəm Leyli xanımındır".