İsrail Qəzzaya aviazərbələr endirib

17 May 2018 09:22 (UTC+04:00)

İsrail Qəzza sektorunun şimal hissəsində HƏMAS-ın obyektlərinə aviazərbələr endirib. SİA-nın verdiyi məlumata görə, bu barədə İsrail ordusunun Tvitter səhifəsində xəbər yayılıb. Məlumatda deyilir ki, İsrail bunu Sderota endirilən cavab zərbəsi kimi qiymətləndirib.

Zərbələr endirilən obyektlərdən 4-ü hərbi kompleksə, 3-ü isə silah anbarına aiddir.