Saatlıda yük avtomobili yanıb

17 May 2018 05:06 (UTC+04:00)

Saatlı rayonunda yük avtomobili yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Məmmədabad kəndində baş verib.

KamAZ markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.