Bağdad yaxınlığında partlayış olub

16 May 2018 23:02 (UTC+04:00)

İraqın paytaxtına yaxın rayonların birində baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb. Axar.az xəbər verir ki, insident Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiyyə yaşayış məntəqəsində qeydə alınıb. Burada kamikadze dəfn mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.