Zidan Fransa millisini çalışdıracaq?

16 May 2018 22:18 (UTC+04:00)

"Real"ın baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdıra bilər. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Fransa Futbol Federasiyası 45 yaşlı mütəxəssislə maraqlanır. Madrid klubundakı karyerasının sona yaxınlaşdığını düşünən Z.Zidanın yığmada işləməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, Fransa millisinin hazırkı baş məşqçisi Didye Deşamın DÇ-2018-dən sonra yığmadan ayrılacağı gözlənilir.