18+ tamaşa yenidən göstərildi

16 May 2018 17:19 (UTC+04:00)

lk müstəqil teatr ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. SİA-nın məlumatına görə, "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Səhnə əsərində fotoları isə fotoqraf Babek Hasanov çəkib.

İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir...