Koreya musiqi və rəqsləri Bakıda təqdim olunacaq

16 May 2018 16:49 (UTC+04:00)

İyunun 2-də Heydər Əliyev Sarayında Koreya Respublikasının milli musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunacaq. Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, konsertdə bu ölkənin tanınmış ifaçıları və rəqs kollektivləri çıxış edəcək.

Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin də iştirakı gözlənilir.