“Superman”in qəhrəmanı vəfat etdi FOTO

16 May 2018 16:38 (UTC+04:00)

1970-1980-ci illərdə lentə alınan “Superman” filminin məşhur qəhrəmanı Marhot Kidder vəfat edib. SİA-nın məlumatına görə, 69 yaşlı kanadalı aktrisa Livinqstonda yaşadığı evində dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ tam bəlli deyil.

Kidder “Superman” filmində baş qəhrəmanın sevgilisi rolu ilə məşhurlaşmışdı. O, ekran işində Lois Leyn obrazını canlandırırdı.

Qeyd edək ki, aktrisanın psixoloji problemləri olub. Üç dəfə ailəli olub. Üçüncü ərindən 1984-cü ildə boşanıb. Bir qız övladı var.