İsrail səfiri Türkiyəni tərk edib

16 May 2018 16:12 (UTC+04:00)

İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib. SİA-nın verdiyi məlumata görə, dünən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu.

Xatırladaq ki, mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.