Çavuşoğlu ABŞ dövlət katibi ilə görüşəcək

16 May 2018 15:44 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşün iyunun 4-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ABŞ-ın Qüdsdə səfirlik açmasından sonra iki ölkə arasında münasibətlər gərgin xarakter alıb.